Nəsimi rayonunda iki dostun mübahisəsi iki nəfərin bıçaqlanması ilə nəticələnib. Hadisə 1-ci mikrarayon Moskva prostektində baş verib. Binəqədi rayon sakini 26 yaşlı Röyal Abdullayev, Qobustan qəsəbə sakini 21 yaşlı Gürzad Nəbiyev və daha bir tanışı prospektdə yerləşən kafelərin birində yeyib içiblər. İçki məclisi zamanı dostlar arasında mübahisə düşüb. Gürzad üzərində olan bıçaqla Röyala bir zərbə endirib. Yaralı təcili tibbi yardın avtomobili ilə xəstəxanaya çatdırılıb. Bir az sonra Gurzad Nəbiyev də bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.
Həkimlər Gurzad Nəbiyev adını soruşanda o, özünü həkimlərə kriminal aləmdə nüfuz sahibi olan bir şəxs kimi təqdim edib. Məlum olub ki, Gurzad dostunu bıçaqlayandan sonra nə etdiyini başa düşəndə bıçağı öz qarnına sancıb. Hazırda həkimlər Gurzad Nəbiyevin vəziyyətinin Röyal Abdullayevdən ağır olduğunu bildiriblər.
Faktla bağlı artıq Nəsimi rayon polis idarəsinə məlumat verilib, araşdırmalar aparılır.
Yenilik.Az: