Lənkəran rayonunda dəhşətli hadisə baş verib.
hüquq-mühafizə orqanlarından “Report”a bildirilib ki, rayonun Digah kənd sakini 1990-cı il təvəllüdlü Sevinc Bayramova 2012-ci ildə anadan olmuş oğlu Məhəmməd Bayramovu boğaraq öldürüb. Belə ki, S.Bayramova oğlunun meyitini xəstəxanaya apararaq onun qidadan zəhərləndiyini bildirib və həkimlərdən yardım istəyib. Lakin həkimlər ölmüş uşağın boğazında əl izlərini görərək anadan şübhələniblər. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Məlum olub ki, ana öz oğlunu əlləri ilə boğaraq öldürüb.
S.Bayramova həbs edilib. Hadisənin detalları barədə əlavə məlumat verilməyib.