Azərbaycanda ananın körpə övladını boğmasının səbəbi bilindi

25-12-2014, 15:27   
Azərbaycanda ananın körpə övladını boğmasının səbəbi bilindi
Qadın övladından qurtulmaq yolunu onu öldürməkdə tapıb
Lənkəran rayonunda oğlunun boğaraq öldürən qadın tənha ana olub.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, rayonun Digah kəndində kirayə mənzildə qalan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın bir neçə ay olar həyat yoldaşı rəhmətə gedib. Qadın 2 yaşlı oğlu Məhəmmədli birlikdə tənha yaşayırmış.

Cinayətin dəqiq səbəbləri məlum olmasa da, deyilənlərə görə qadın əsəb xəstəsi olub. Deyilənlərə görə, qadın çətinliklə dolandığı üçün övladından qurtulmaq istəyib. Bu səbəbdən də, oğlunu boğub.

Ana ilk dəfə hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına uşağın qəbul etdiyi qidadan boğularaq öldüyünü deyib. Amma istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşib.

İstintaqa ifadə verən qadın övladını boğduğunu etiraf edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Lənkəran rayonun Digah kəndində 24 yaşlı Sevinc Bayraməli qızı Bayramova 2 yaşlı oğlu Məhəmmədi boğaraq qətlə yetirib.

S. Bayramova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.