Valideynlərindən xəbərsiz maşını oğurlayıb evdən qaçan və qəza törədərək kor-peşman olan azyaşlı uşaqları çox görmüşük. Bu videonun qəhrəmanı da o azyaşlılardan biridir. Sevgilisi onu tərk etdiyi üçün ölmək istəyən azyaşlı oğlan atasına məxsus maşını qarajdan oğurlayaraq yola çıxıb. Yoldakı dirəyə dəyərək qəza törədən azyaşlı oğlan polislərin önündə: “Mən özüm ölmək istəyirdim. Çünki sevgilim məndən ayrılıb. Birinci dəfədir xəbərsiz evdən maşın götürürəm. Mən onlara neçə dəfə dedim ki, mənə maşın alın, onda sizin maşınınızı oğurlamayacam, amma almadılar. Onun yerinə motosiklet aldılar. Onunla da qəza törətdim, ancaq 13 yaşım olduğu üçün məni tutmadılar. Amma mənə həbs olunmaq lazımdır, mütləq! İndi atamgil məni döyəcək. Atama deyin ki, onun üzünə baxa bilməyəcəm”, – deyərək hönkür-hönkür ağlayıb. avtosfer.azYenilik.Az[media=https://www.youtube.com/watch?v=g4LYsJWEbNA]