Vətəndaşlar terrorçuluğa qarşı mübarizə çərçivəsində ələ keçirilib
Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb.
ANS PRESS-in Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadla verdiyi məlumata görə, bu barədə Dövlət Sərhəd Xidmətinin 2014-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
Qeyd edilib ki, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 AR, 2 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 1 AR vətəndaşı barədə müvafiq tədbirlər görülüb.
Qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.