Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədində bir nəfəri saxlayıblar.
Bu barədə Ermənistan Federal Təhlükəsizlik Xidməti xəbər yayıb.
Bildirilir ki, sərhəddə yerləşən Noyakərtə kəndində naməlum şəxs sərhədçilərdən kəndlilərdən birinin ünvanını soruşub. Sərhədçilər həmin şəxsi tanımadığına görə tutublar.
Araşdırmalardan sonra məlum olub ki, saxlanılan şəxs Türkiyə vətəndaşıdır və o, qohumlarını axtarır. Lakin Türkiyə vətəndaşı sərbəst buraxılmayıb. Hazırda faktla bağlı araşdırmalar aparılır.