Bəxti qara Beyləqan rayonunun hələdə təhsil sahəsində bəxti gətirməyib. Təhsil müdiri Tofiq Sadıqov rəhbərlik etdiyi təhsil sistemini korrupsiyalaşdırmaqla böyük qarətçiliklə məşğul olur. bu haqda cumhuriyyet.az –ın redaksiyasına bir sıra ciddi məlumatlar daxil olub. Belə ki, daxil olan məlumatlara əsasən, Beyləqan rayonun Təhsil şöbəsinin müdiri Tofiq Sadıqov rayon təhsilinə əsl qənim kəsilib. Beyləqandan verilən məlumatlara görə Tofiq Sadıqov Təhsil naziri Mikayıl Cabbarovun adından pul yığır. Həmin məbləği rayon məktəblərinin direktorlarından və həmin məktəblərdə çalışan müəllimlərin əmək haqqlarını zorla əllərindən alıb həm təhsi naziri Mikayıl Cabbarovun nəfsini doydurur, həm də öz cibini doldurur. Rayonda çalışan kasıb müəllim heyyəti və məktəb direktorları bu vəziyyətdən təngə gəliblər. Müəllimlərin fədakarca çalışıb, kəndin uşaqlarına bilik öyrətməklə yanaşı təhsil şöbəsinin müdiri tərəfindən hər dəfə qarət olunmaları insanlığa sığmır. Beyləqanda təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun rüşvətxorluğu rayon təhsilini uçruma yuvarlayıb. Belə ki, aylıq məvacibləri əllərindən alınan müəllim və direktorlar dəfələrlə bu duruma etiraz ediblər və buna son qoyulmasını istəyiblər. Lakin müəllimlərin qazancını mənimsəməyi asant qazanc yolu hesab edən Tofiq Sadıqov onları işdən qovmaqla hədələyir, təhdidlər yağdıraraq, onları susmağa məcbur edir.Nədənsə Tofiq Sadıqovun yol verdiyi ciddi maliyyə mənimsəmələri və digər qanunsuzluqları rayon prokurorluğu tərəfindən araşdırılımır. Görünür T. Sadıqov prokuroru da razı saldığından prokurorda öz növbəsində Sadıqova dəyib toxunmur. Belə ki, rayondakı mənbənin verdiyi məlumata görə, rayona yeni təyin olunmuş prokuror Azər Osmanov da Tofiq Sadıqovun təsiri altına düşüb və onun qanunsuz əməlləri ilə bağlı tədbir görmək niyyətində deyil. Maraqlıdır ki, T.Sadıqovun fəaliyyəti ilə bağlı rokurorluğa konkret şikayətlər ünvanlansa da yeni prokuror hələ ki, real addım atmaq niyyətində deyil. Hüququ da, satın ala bilən gücə malik olan Tofiq Sadıqov deyəsən arxasında vəzifəli şəxslərin durduğunu deyənlər düz deyibmiş. Belə ki, rayona yenicə təyinat alan prokuror Azər Osmanov Tofiq Sadıqovun korrupsiya əməllərinin üzərini ört basdır etməklə əslində onlarla bərbər bir rayonun təhsilinə, hüququna, büdcəsinə ziyan verməyi gözə alırlar. Tofiq Sadıqov prokuroru necə susdurdu?- şantaj və rüşvətin qanunları çeynəməsi barədə azerinews.tv-yə daxil olan şok məlumatları isə yaxın günlərdə oxuculara təqdim edəcəyik. Bidirək ki, prokurorun necə susdurulması barədə daxil olan məlumat əməkdaşlarımız tərəfindən araşdırılır. Məsələninin ciddiliyini nəzərə alaraq Baş Prokurorluğun da münasibətini öyrənməyə çalışacağıq. Bizi izləyin