Moskva Dövlət Universitetində “Nuhun gəmisi” düzəldiləcək.
ANS PRESS-in məlumatına görə, Universitetin rektoru Sadovniçiy deyib ki, layihənin qiyməti 1 milyard rubldur. Elmi layihə MDU-nun elmi-texnoloji vadisində reallaşdırılacaq.
Rektor deyib ki, layihə depozitarinin yer üzündə yaşayan bütün canlıların bankının düzəldilməsini nəzərdə tutur. Layihəyə Rusiya elmi fondunun ən böyük qrantı verilib.
Sadovniçiy deyib ki, vadidə hüceyrə materialının saxlanmasına şərait olacaq.
Qeyd edək ki, MDU-nun elmi-texnoloji vadisi 2018-ci ilə tikilməlidir. Onun sahəsi 430 min kv m olacaq.