5 maşın və cangüdənlərlə gəzən icra başçısı kimdən qorxur? – ARAŞDIRMA

26-12-2014, 00:25   
5 maşın və cangüdənlərlə gəzən icra başçısı kimdən qorxur? – ARAŞDIRMA
Sumqayıt şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov kortejlə gəzməsi, ortaya yeni araşdırma mövzusu çıxarıb.
Xatırladaq ki, icra başçısını bir yerə gedəndə öz avtomobilindən əlavə onu 4 maşın müşayiət edir. Onlardan ikisi DYP-yə məxsus avtomobilər olur. Çox güman ki, qalan iki avtomobildə başçının mühafizəçiləri oturur. Hər halda, bir şəhərin icra başçısının öz təhlükəsizliyinə bu qədər önəm verməsi maraqla qarşılanır. Çünki daha strateji sahələrdə çalışan və təhlükəsizlikləri üçün böyük risqlər olan nazirlərin heç bu qədər avtomobil müşayiət etmir.
Əgər, bu məsələ təhlükəsizliklə deyil, seçilmək istəyilə bağlıdırsa, bu da yol verilməzdir. Çünki dövlət başçısı dəfələrlə öz çıxışlarında məmurlara dəbdəbəli həyat tərzindən uzaq durmağı tapşırıb.
Maraqlıdır, qanunvericilik kimlərə kortejlə gəzməyə icazə verir?
Aparılan araşdırmalardan bəli olur ki, Azərbaycanda heç də bütün məmurlar kortejdə gəzə bilməz. Yəni, hər məmuru bir neçə avtomobil müşaiyət etməməlidir. Qanunvericilikdə bununla bağlı tam detallı məlumatlar, anlayışlar olmasa da, müəyyən nəticəyə gəlmək olar ki, kortejdə – mütəşəkkil nəqliyyat vasitələrinin müşaiyəti ilə gəzmək səlahiyyəti hər kəsə verilmir. «Yol hərəkəti haqqında» qanunun 1-ci maddəsinin 45-ci bəndində mütəşəkkil nəqliyyat dəstəsinə belə anlayışlar verilib:
Mütəşəkkil nəqliyyat dəstəsi qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir.
Anlayışdan göründüyü kimi, operativ nəqliyyat vasitəsinin müşayiət etmədiyi hər hansı avtomobillərin dəstəsi mütəşəkkil nəqliyyat dəstəsi sayılmır.
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov avtosfer.az-a bildirib ki, mütəşəkkil nəqliyyat dəstəsi yollarda fərqli hərəkət şəraiti yaratdığından və bu zaman təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilməli olduğundan belə dəstələr mütləq operativ nəqliyyat vasitələrinin müşayiəti ilə hərəkət etməlidir: «Anlayışdan göründüyü kimi, mütəşəkkil nəqliyyat dəstəsində ən azı üç avtomobil olmalıdır. Lakin küçə və yollarımızda bəzən bir avtomobilin xüsusi qaydada müşayiət olunduğunun da şahidi oluruq. «Yol-patrul xidməti haqqında» Təlimatın 15-ci bölməsində mütəşəkkil nəqliyyat dəstələrinin müşayiət olunmasının təşkili və bu müşayiətin qaydası tənzimlənir. Lakin bu normativ aktda da söhbət yalnız mütəşəkkil nəqliyyat dəstəsinin müşayiət olunmasından gedir. Bu aktın hərfi mənasından belə çıxır ki, ölkəmizin küçə və yollarında tək-tək nəqliyyat vasitələrinin müşayiət olunması nəzərdə tutulmur. Amma belə yanaşma doğru olmazdı. Çünki müəyyən hallarda hər hansı mühüm yükü daşıyan nəqliyyat vasitəsinin, xüsusi təhlükəli, iriqabaritli, ağırçəkili yükü olan nəqliyyat vasitəsinin, yaxud konkret şəraitlə əlaqədar hər hansı şəxsi aparan nəqliyyat vasitəsinin müşayiət olunması zərurəti yaranır. Məsələn, penitensiar xidmətə aid nəqliyyat vasitələrinin məhbus daşıyan avtomobillərinin xüsusi müşayiətlə hərəkətini, qabarit ölçüləri yol verildiyindən artıq olan yük daşıyan nəqliyyat vasitələrinin müşayiətlə hərəkətini yollarda görmək mümkündür. Belə çıxır ki, bu halların hüquqi əsası mövcud deyil».kort
Düzdür, DİN-in 04.11.1999-cu il tarixli 018 saylı əmri ilə təsdiq edilmiş, «Xüsusi təyinatlı avtomobillərin təhlükəsiz hərəkətinin təmin olunması haqqında» Əsasnamə var. Amma bu Əsasnamə dərc edilmədiyindən onun hansı məsələləri tənzimlədiyi məlum deyil. Bununla belə, adından və statusundan göründüyü kimi bu Əsasnamə, yəqin ki, əsasən texniki xarakterli məsələləri tənzimləyir.
Ərşad Hüseynovun fikrincə, buna görə də ayrıca qanunvericilik aktı qəbul edilməklə hansı hallarda və hansı nəqliyyat vasitələrini müşayiətlə hərəkət edə bilməsini tənzimləmək lazımdır: «Təcrübədən məlumdur ki, xüsusi dövlət mühafizə xidmətinin mühafizə etdiyi şəxslərə (Azərbaycan Respublikasının Prezidentinə və onun ailə üzvlərinə, Baş nazirə, Milli Məclisin sədrinə, habelə müəyyən hallarda ölkəmizə səfər edən yüksək statuslu rəsmi qonaqlara) xidmət edən avtomobillər küçə və yollarda xüsusi müşayiətlə hərəkət edirlər. Belə çıxır ki, onlardan başqa hər hansı digər şəxsə xidmət edən avtomobil xüsusi müşayiətlə hərəkət edə bilməz».
Azinform.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.