Ukrayna ordusu rus kəşfiyyatının toruna düşdü

4-05-2014, 15:41   

Dünən Mariupoledə heç bir əməliyyat keçirilməyib. Bu informasiyanı Ukrayna mətbuatı hakimiyyətdəki etibarlı mənbələrinə istinadən yayıb. Mətbuat Mariupoleyə xüsusi təyinatlılar tərəfindən heç bir hücumun həyata keçirilmədiyini bildirib: “Dünən Mariupoledə əməliyyat baş tutmayıb. Onsuz da hələlik bununla bağlı fikir yox idi. Rusiya xüsusi xidmət orqanları dünən Mariupole küçələrində gəzərək, əhalini küçələrə çıxmağa və şəhəri müdafiə etməyə çağırıb. Ondan əvvəl sosial şəbəkələrdə belə çağırışlar etmişdilər. Bunların reaksiya vermədiyini görəndə isə partlayışlar ediblər. Panikaya düşən şəxslər isə küçələrə axışmağa başlayıb. Bu şəraitdən isə mükəmməl şəkilə istifadə ediblər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.