İsraildə böyük qalmaqal

26-12-2014, 01:32   
İsraildə böyük qalmaqal
İsraildə 20 məmur haqqında həbs qərarı çıxarılıb.

ANS PRESS-in məlumatına görə, France Presse agentliyi hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, məmurlar korrupsiyada ittiham olunurlar.

Həbs olunanlar arasında İsrailin xarici işlər naziri Libermanın partiyasından olanlar da var.

Əməliyyatın ölkədə böyük səs-küy yaradacağı şübhəsizdir. Belə ki, seçkilərə 3 ay qalmış bu Libermanın imicinə böyük ziyan vurur.

Həbs olunanlar arasında qalmaqallı adlar bununla bitmir. Keçmiş turizm naziri Faina Kirşenbaum və onun qızı 28 dekabra qədər saxlanılması haqqında qərar mövcuddur.

20 nəfərdən əlavə daha dörd məmura ev həbsi qərarı verilib.

Qeyd edək ki, bundan əvvəl Qüdsün keçmiş meri Uri Lupolyanskiy rüşvət aldığına görə 6 il cəzaya layiq görülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.