Bakıda polisi vurdular

26-12-2014, 11:54   
Bakıda polisi vurdular
Bakınən Nəsimi rayonunda Dövlət Yol Polis İdarəsi əməkdaşına xəsarət yetirilib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, polisə xəsarət yetirən şəxs saxlanılıb.

Əməliyyat Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford Transit” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev tutulub.

Rəşad Səfərəliyev dekabrın 17-də saat 22:00 radələrində, Cavadxan küçəsində “Ford Transit” markalı avtomobilin sürücüsü yol polisinin inspektorunun qanunu tələbinə tabe olmayıb. O, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib.

Onun barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.