YOL POLİSİNƏ XƏSARƏT YETİRƏN SÜRÜCÜ HƏBS OLUNDU

26-12-2014, 12:16   
YOL POLİSİNƏ XƏSARƏT YETİRƏN SÜRÜCÜ HƏBS OLUNDUBakıda yol polisinə xəsarət yetirən sürücü tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 17-də saat 22:00 radələrində, Cavadxan küçəsində Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidməti inspektorunun qanunu tələbinə tabe olmadan, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib naməlum istiqamətə gedən “Ford Transit” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev müəyyən olunaraq tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə Cinayət İşi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.