Azərbaycanda 13 yaşlı qız yoxa çıxdı

26-12-2014, 16:50   
Azərbaycanda 13 yaşlı qız yoxa çıxdı
Bu günə qədər yeniyetmədən heç bir xəbər yoxdur
Astara rayonunun Pensər kəndində yaşayan 13 yaşlı Dilşad Quliyeva 10 gün öncə gecə saatlarında naməlum şəraitdə yoxa çıxıb.
bu günə qədər yeniyetmədən heç bir xəbər yoxdur.

Dilşad Quliyevanın atasının sözlərinə görə, gecə saat 02:30-da evdəki körpənin səsinə oyanıb. Həmin vaxt Dilşad oyaq olub, hətta ona çay təklif edib.

Qızın nənəsi Fatma Məmmədova hadisə baş verən gün Lənkəranda yaşayan oğlunun evində olduğunu, oğlunun zənginə gecə ilə özünü Pensərə çatdırdığını deyir. Amma gecə ilə aparılan axtarışlara nənənin qoşulması da səmərəsiz olub.

Nənənin sözlərinə görə, Dilşad oğlunun 1-ci nikahından olan qızıdır. Ər-arvad ayrılandan sonra nənə nəvəsinə rəsmən qəyyumluq edib. Nənə etiraf edir ki, atası 2-ci dəfə ailə qurandan sonra Dilşad 4 bacı və qardaşına analıq edib. Atası 2-ci həyat yoldaşı ilə Rusiyada yaşayıb. Uşaqlarını uzun müddət nənə ilə Dilşadın ümidinə qoyub.

Məsələyə aydınlıq gətirmək üçün Dilşadın ana nənəsilə görüşdük. Nubar xanım qızı Samirənin onlardan xəbərsiz qoşulub qaçdığını, bu nigahının uğursuz olduğunu, talesiz nəvəsinin tapılması üçün ürəkdən dua etdiyini deyib.
Hadisə baş verən gecə Astara polisi də məlumatlandırılıb. Astara rayon polis şöbəsinin təhqiqatçısı Əlişir Fərəcovun verdiyi məlumata görə, faktla bağlı Astara rayon polis şöbəsində əməliyyat axtarış tədbirləri keçirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.