Kişilər evlənməkdən niyə qorxur? (FOTO)

27-12-2014, 15:05   
Kişilər evlənməkdən niyə qorxur? (FOTO)
Güclü cinsin nümayəndəsinin qorxuları
"Evlilik" kəlməsi belə kişilərin çoxunun qorxuya düşməsinə səbəb olur. Bəs nə üçün kişilərin əksəriyyəti evlilikdən qorxur?

1. Azadlıq duyğusu
Evlilik deyiləndə kişilərin ağlına gələn ilk şey azadlıqlarını itirəcəkləri və bir nəfərə bağlı qalacaqları hissidir. Subaylığın sultanlıq olduğunu düşünən kişilər kiminsə onların həyatına müdaxilə edəcəyini düşünürlər.

2. Həyat tərzini dəyişmək
Geyinmə tərzi, vərdişləri, hətta ev əşyalarının belə yerini dəyişəcəyini düşünmək kişiləri evlilikdən soyudur.

3. Ananızı sevməyə bilər
Kişilərin çoxu qayınanalarını sevmirlər. Bu sirr deyil. "Anam bunu dedi, anam belə et, bunu ye, bunu geyin" dedi kimi sözlər sevgilinizin sizdən birdəfəlik uzaqlaşmasına və evlilik fikrinə yaxın düşməyəcəyinə səbəb ola bilər.

4. Məsuliyyətdən qaçar
Kişilər məsuliyyət altına girməyi elə də çox sevmirlər. Onlar ancaq özlərinə cavabdeh olmaq, son quruşlarına kimi xərcləyib heç kimə hesabat vermək istəmirlər. Evlilik isə məsuliyyəti bir necə dəfə artırır.

5.Qarşı tərəfdən əmin olmamaq
Bir kişinin evlənməkdən qorxmağının ən böyük səbəbi qarşı tərəfdən əmin ola bilməməsidir. Onlar "həyatımı bu insanla keçirmək istəyirəm?" sualına 100 faizlik cavab tapmayana kimi evlilik yolunda heç bir addım atmayacaqlar.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.