Dekabrın 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkaları başlayıb.
“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və bayram süfrələri üçün digər ərzaq məhsulları çıxarılıb.
Yarmarkaların paytaxtın əvvəlcədən müəyyən olunmuş aşağıdakı rayonlarında və ünvanlarında - Xətai rayonu - Ukrayna dairəsinin yanı; Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi; Yasamal rayonu - Şərifzadə küçəsi 1, Rabitə və Nəqliyyat Kollecinin arxası; Nərimanov rayonu - metronun “Gənclik” stansiyasının yanı; Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, 239 nömrəli məktəbin arxası; Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, və Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12; Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, “Elit” Ticarət Mərkəzinin yaxınlığı keçirilməsi qərara alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov deyib ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Yarmarkada badımcan 1 manat 50 qəpiyə, kartof 60-80, soğan 30-40 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, yumurtanın 1 ədədi 9-11 qəpiyə satılır.
Bayram yarmarkasında qoyun ətinin kiloqramı – 5 manat 50 qəpik - 6 manata, mal əti – 5 manat – 5 manat 50 qəpiyə, quş əti – 2 manat 20 qəpik - 4 manata, üzüm – 2 manat – 2 manat 60 qəpiyə, pomidor – 1 manat 30 qəpiyə – 2 manata, xurma – 1 manat – 1 manat 10 qəpiyə, heyva – 50 qəpik - 1 manat 20 qəpiyə, naringi – 70 qəpik – 1 manat 20 qəpiyə, nar – 1 manat -1 manat 50 qəpiyə, yerkökü – 50 qəpik – 1 manat 20 qəpiyə, xiyar - 60 qəpik - 1 manat 50 qəpiyə, alma – 35–80, kartof – 70-90, çuğundur – 40-80, soğan-- 35-90, kələm – 50-70 qəpiyə, yumurtanın biri isə 6-11 qəpiyə təklif olunur.
Dekabrın 31-dək davam edəcək yarmarkaya ümumilikdə isə 70,5 ton məhsul çıxarılacaq.