Rusiyada qan donduran cinayət baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, qardaş doğma bacısını konfet üstündə öldürüb.
Ailə faciəsi Kranoyarskda yaşanıb. Əvəllər məhkum olunmuş 33 yaşlı kişi bacısının evinə qonaq həlib. Bu zaman evdə bacı ilə yanaşı onun 2 yaşlı oğlu da olub. Kişi yeni il hədiyyəsi üçün nəzərdə tutulan konfetləri yeməyə başlayıb. Bu zaman qohumlar arasında mübahisə başlayıb. Belə ki, qadın oğlu üçün hazırladığı yeni il hədiyyəsinə toxunmamasını tələb edib. Bundan əsəbləşən kişi isə bacısını azyaşlı oğlunun gözü önündə bıçaqlayıb.
Daha sonra o qadının meyitini zirzəmidə gizlədib, körpəni də meyit ilə birlikdə zirzəmidə qoyaraq qayıdıb.
Axşam evə gələn ər həyat yoldaşını tapmadıqda onun axtarışına başlayıb və oğlu ilə arvadının cəsədini zirzəmidə tapıb.
Bütün axtarış dövründə evdə olan qatil isə onların gəzməyə getdiyini iddia edib.
Qonşunun sözlərinə görə, ailə yoxsul olub. Onlar səhər saatlarında evdən dava səsləri eşidiblər. Sonra isə hadisədən xəbərdar olublar.
Həbs edilən 33 yaşlı kişiyə psixoloji ekspertiza təyin edilib.