“Putinə nə Krım lazımdır, nə də Şərqi Ukrayna. Ona paytaxt Kiyevlə birgə bütün Ukrayna lazımdır”. Bu sözləri Ukraynalı deputat Anatoli Qriçenko öz Fesybuk səhifəsində yazıb. Onun sözlərinə görə, Vladimir Putin bütün sivil dünya ilə müharibəyə start verib: “Putin artıq Estoniya və Latviyanın rusdilli sakinlərinin hüquqlarının pozulması ilə bağlı narahatlığını ifadə edib. Bundan başqa, Rusiya Şotlandiya, Danimarka və Hollandiya sahillərində hərbi raketlərin hazırlığının yoxlanılması bağlı ilə təlimlərə başlayıb”.