Tural Mustafayev ölkədən çıxmaq istəyərkən saxlanıb
Jurnalist Xədicə İsmayılovanın həbsinə səbəb olan Tural Mustafayev dekabrın 27-də saxlanıb. Bu haqda o, facebookda yazıb. Meydan.tv-ə açılamasında isə deyib ki, 27 dekabr tarixində Qəbələ aeroportuna gedib, xaricə uçmaq istəyib, amma onu Sərhəd Xidməti buraxmayıb. Məlum olub ki, noyabrın 27-dən onun ölkədən çıxışına qadağa qoyulub. T.Mustafayev deyib ki, o, Xədicə İsmayılova işində zərərçəkən kimi tanındığı üçün onun ölkədən buraxılmaması qanunsuzdur.
T.Mustafayevlə bağlı 27 dekabrda daha bir maraqlı hadisə olub. O, özünün facebook səhifəsində Xədicə İsmayılovaya qarşı istintaqa verdiyi ərizədən imtina etdiyini yazıb. Paylaşdığı statusunda o, qeyd edib ki, ərizə yazıb, amma bu ərizsənin hüquqi qüvvəyə minməsi üçün vəkilə ehtiyacı var. Ardınca da yazıb ki, bu haqda facebookda status paylaşdıqdan az sonra sahə müvəkilli onu axtarmağa başlayıb. Tural sahə müvəkkilinin atasının mobil telefonuna zəng vurduğunu da yazıb. Bundan az sonra isə o, öz səhifəsində "Saxlandım" sözü yazıb.
Göründüyü kimi, məsələdə kifayət qədər ziddiyyətli məqamlar var. Belə ki, T.Mustafayev bir tərəfdən yazır ki, X.İsmayılovaya qarşı ərizsəni götürmək istədiyi üçün saxlanıb, digər tərəfdən isə açıqlama verib bildirir ki, onu Qəbələ aeroportundan geri qaytarıblar.
Mövzunu diqqətdə saxlayacağıq.