Rusiyanın aqresiyasına görə ukraynalılardan üzr istəyən tanınmış rusiyalı teleaparıcı, aktrisa Tatyana Lazeryeva Kremli tənqid edib. O, həmçinin göstərdikləri müdrikliyə görə də ukraynalılara təşəkkürünü bildirib. Öz akkauntunda fikirlərini bölüşın aparıcı aşağıdakı sözləri paylaşıb: “Hələ də Putini, Qələbə gününü və Georgiyevski bağını qəbul edib paylaşan ukraynalılara dərin təşəkkürümü bildirirəm. Doğrudur, Qələbə günü hələ ümumi bayramımız kimi qalsa da, Georgiyevski bağı artıq bir düşmən obrazını yaratdı. Siz necə də bunlara dözüb səbir edirsiniz - anlaya bilmirəm. Bax, bunlara görə sakitcə sizlərə minnətdarlığımı bildirirəm. Kömək edə bimədiyimə görə məni bağışlayın! Ukraynada yaşayan dostlarım, yaxınlarım, məni bağışlayın! Vətənim Rusiyanın addımlarına görə çox utanıram. Qorxuram, tir-tir əsirəm...” Xatırladaq ki, tanınmış teleaparıcının bu cür müraciəti ukraynalı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.