Cəbhəyanı ərazilər hərbi sursatlardan təmizlənir

28-12-2014, 11:54   
Cəbhəyanı ərazilər hərbi sursatlardan təmizlənir
Cəbhəyanı ərazilərin mina və digər partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.

AzərTAc xəbər verir ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin rəhbərliyi altında ərazilərimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsində iştirak edən “Dayaq” qeyri hökumət humanitar yardım təşkilatı tərəfindən 2014-cü ildə Ağdam, Ağcabədi və Xocavənd rayonlarında 2.850.754 kvadratmetr ərazidə təmizləmə işləri aparılıb. Təmizləmə zamanı 7 ədəd tank əleyhinə mina, 71 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.