Siyasi fəal təqib olunur

28-12-2014, 12:00   

Mingəçevir sakini Rüstəmov Mehman Qəzənfər oğlu təzyiqlərlə üz-üzədir. Bu barədə məlumatı redaksiyamıza Mehman Rüstəmovun yaxınları məlumat verib. Onların sözlərinə görə, Mehman Rüstəmov 2008-ci ildən Müsavat Partiyasının üzvüdür. "Mehman siyasi proseslərdə fəallığı ilə seçilib. Dəfələrlə seçki ərəfəsində kütləvi aksiyalarda iştirak edib. 2013-cü il prezident seçkisində çoxlu sayda qanun pozuntularını aktlaşdırıb. Buna görə də özü və ailə üzvləri yerli hakimiyyət tərəfindən təzyiqlərə məruz qalıb.
Dəfələrlə evə zengler gəlib, hədələyiblər, saxta ittihamlarla polis tərəfindən saxlanılıb, işdən qovulub və s. Həhayət, özünün və ailə üzvlərinin təhlükəsizliyinə görə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Ölkəyə qayıtmaq onun həbsilə nəticələnə bilər".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.