NASA astronomları Yer kürəsindəki ölkələrin asteroid təhlükəsi ehtimalını hesablayıblar.Yenilik.Az day.az-a istinadən xəbər verir ki, “WISE” teleskopunun köməyilə alimlər 47 min iri asteroidi öyrəniblər.
Məlum olub ki, onlardan 107-si planetimiz üçün təhlükəlidir. Mütəxəssislər ehtimal edirlər ki, bunlardn birinin düşməsi nəticəsində Yerdə zəlzələ və vulkan püskürmələri başlaya bilər.
Bundan başqa, astronomlar 10 ölkəni təhlükə zonası elan ediblər. Yəni asteroidlər daha çox onları “seçə bilər”.
Ən böyük təhlükə böyük sahil xəttinə malik olanların payına düşür: ABŞ, Braziliya, Nigeriya, Çin, Hindistan, İtaliya. Ada-dövlətlərdən isə Yaponiya, İndoneziya, Böyük Britaniya və Filippinin bəxti gətirməyib.
Bu asteroidlərin Yerlə toqquşması zamanı mümkün fəlakətlər daşqınlar, sunami, tornadodur ki, bunların bəziləri hətta ayrı-ayrılıqda bir neçə ölkəni məhv etməyə qadirdir.
Yenilik.Az: