Türkiyə qan içində: hamilə qadını yandırmaq istədilər - Video

28-12-2014, 21:52   

Türkiyədə PKK-Hizbullah arasındakı silahlı toqquşmalar şiddətlənib.

Axar.az xəbər verir ki, qarşıdurmaların dərinləşməsi ölümlə nəticələnib.

Şirnak vilayətinin Cizrə əyalətində yaşanan silahlı döyüşlər səngimək bilmir. PKK-çılarla Hizbullaha yaxın olduğu deyilən Hür Savaş Partiyasının (Hüda) fəalları arasında toqquşmalarda HDP-nin 65 yaşlı el rəhbəri Abdulla Deniz öldürülüb. PKK-dan isə 19 yaşlı gənc həlak olub.

Həmçinin, öldürülən Yasin Özer və Barış Dalmışın dəfn mərasimləri gərgin keçib.

Yaralanan çox sayda insan ağır vəziyyətdə yaxınlıqdakı 3 xəstəxanaya yerləşdirilib. Vəziyyət yalnız polis əraziyə cəlb edildikdən sonra nəzarətə götürülüb. Şırnak valiliyinin məlumatına görə, yerdə zirehli texnika, havada isə helikopterlər əraziyə nəzarət edir.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu iğtişaşlara münasibət bildirib. O, bu hadisələrin bir təxribat nəticəsində baş verdiyini və dövlətin bunun qarşısını almaq üçün əlindən gələni edəcəyini açıqlayıb. HDP başqanı Səlahəddin Dəmirtaş isə deyib ki, hər iki qüvvənin içinə kənardan müdaxilələr var və qətliam törtmək istəyirlər. Hüda başqanı Əhməd Elçin bildirib ki, PKK üzvləri təşkilat üzvü Şəmsəddin Gözüngünün evini yandırıb, hamilə arvadını və ölvadını öldürmək istəyib, son anda xilas ediliblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.