İSİD-in son 6 aydakı qanlı statistikası

28-12-2014, 22:56   
İSİD-in son 6 aydakı qanlı statistikası
Təkcə Suriyada terrorçular 2000 baş kəsib, güllələyib, daşqalaq edib...

Son 6 ayda İŞİD terror qruplaşmasının silahlıları Suriyada təxminən 2000 nəfərin başını kəsib, güllələyib, daşqalaq edərək öldürüb. Musavat.com-unn BBC-yə istinadla verdiyi xəbərə görə, bu barədə Suriya hüquq müdafiəçilərinin açıqlamasında deyilir.

Londonda mənzillənən insan haqlarının monitorinqi üzrə Suriya mərkəzinin fəalları öldürülənlərin 1200 nəfərinin dinc vətəndaşlar olduğunu bildiriblər.

Mərkəzin açıqlamasına görə, İŞİD-çilər əsir götürdükləri hərbçilərin və hökumətyönlü könüllülərin 500 nəfərini qətlə yetiriblər. Həmçinin, özlərinin 100 yaraqlısını, əsasən də fərarilik etmək üstündə məhv ediblər. Bundan əlavə, digər radikal qruplaşma olan “Nusra Cəbhəsi”nin 80 təmsilçisini öldürüblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.