Əfqanıstanın Vardaq şəhərində faciə baş verib.
“Qafqazinfo” sabah.com-a istinadən xəbər verir ki, şəhərdə yerləşən voleybol meydançasına raketlə hücum edilib. Oyun zamanı edilən hücumda 2 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.
Hadisəni heç bir təşkilat öz üzərinə götürməyib.