"Oğrular"ı Rusiya mafiyasının lideri Zaxariya Kalaşov dəvət edib
Moskvada "qanuni oğru"ların genişmiqyaslı yığıncağı olacaq.
son illər ərzində kriminal avtoritetlərin ən genişmiqyaslı yığıncağında iştirak üçün Moskvaya MDB-dən və Avropa ölkəsindən nüfuzlu "qanuni oğru"lar yığışacaqlar.
"Qanuni oğru"ları Rusiya mafiyasının lideri Zaxariya Kalaşov (Şakro-molodoy) dəvət edib. Görüşdə 150-dən artıq "qanuni oğru"nun "tac"ı müzakirə ediləcək.
Toplantıya Ded Xasan klanına daxil olan Qela Kardavanın da gələcəyi gözlənilir. Yığıncağın dəqiq tarixi hələ müəyyən edilməyib. Ehtimal ki, tədbir Yeni ilə qədər baş tutacaq. Xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları yığıncağa mane olmayacaq.
Zaxariya Kalaşov 29 oktyabr 2014-cü il tarixindən İspaniyadan Rusiyaya deportasiya edilib. O həmin vaxtdan sonra aktiv fəaliyyətə başlayıb. Rusiya mafiyasının lideri İspaniyada cinayət cəmiyyətinin yaradılması və pul yuyulması əməllərinə görə axtarışdadır.
Rusiyanın bütün guşələrindən "qanuni oğru"nun yanına müxtəlif qruplaşma nümayəndələri ziyarətə gəlir. Bütün mafiya nümayəndələri yeni liderlərinə hörmət əlaməti olaraq xərac göndərirlər. Yeni yaranmış "oğru ailəsi"ndə mövcud vəziyyət müzakirə mövzusuna çevrilib.
Zaxariya Kalaşov elan edib ki, 2008-ci ildən bu yana ad alan 150 nəfər "qanuni oğru"nu tanımır. Məhz bu ildə Ded Xasan, Tariyel Oniani və Meraba Canqveladze dəstələri arasında qanlı kriminal müharibə başlayıb. Hesab edilir ki, müharibənin qurbanları isə Ded Xasan və Yaponçik olub.