Alı Alıyev Bahar Muradovaya niyə «elçi» düşüb?

5-05-2014, 10:34   
Alı Alıyev Bahar Muradovaya niyə «elçi» düşüb?
Füzulinin icra başçısı vites-spikerdən vəzifəsində qalması üçün kömək istəyib

Füzulinin icra başçısı Alı Alıyev düşdüyü çətin vəziyyətdən çıxmaq üçün yeni bir varianta əl atıb. JAM.AZ-a verilən məlumata görə, icra başçısı rayon camaatına böyük əziyyətlər verməsinə rəğmən, vəzifəsində qalmaq istəyir. Həm də o, ondan kimsənin şikayətçi olmamasına çalışır.

Artıq kürsüsü laxlayan və yaxın günlərdə işdən çıxarılacağı gözlənilən icra başçısı bu dəfə deputat Bahar Muradovaya «elçi» düşüb. Deyilir ki, Alı Alıyev keçmiş himayədarı Əhməd Əhmədzadənin dəstəyini qazana bilmədiyindən özünə yeni arxa axtarır. Və bu zaman Füzuli rayonunun deputatı olan Bahar Muradovanın ətəyindən yapışmaq məcburiyyətində qalıb.

Məlumatda deyilir ki, Alı Alıyev ötən həftənin son günləri Bakıda olan və parlamentin binasında Bahar Müradova ilə görüşüb. Onun vites-spikerlə görüşündə dəqiq olaraq nə danışdığı məlum deyil. Amma Füzuli İcra Hakimiyyətindəki mənbələr rayonun icra başçısı Bahar Muradovadan kömək istəyib və vəzifə başında qalarsa, vəziyyəti düzəldəcəyini vəd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar