Sumqayıtda şəkər xəstələrinə qarşı dərman biabırçılığı – VİDEO
9-01-2015, 11:08
Sumqayıtda 9-cu mikrorayonda yerləşən poliknikada şəkər xəstələrinə öz dərmanlarını alması üçün reseptlər verilməyib.
Sumqayıtda 9-cu mikrorayonda yerləşən poliknikada şəkər xəstələrinə öz dərmanlarını alması üçün reseptlər verilməyib.
Yenilik.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya Feysbuk sosial şəbəkəsində yayılıb.
Məlumatı paylaşan şəxs həmçinin həkimlərlə xəstələr arasında olan biabırçı mübahisənin də videosunu yayımlayıb. O, baş həkimin dərmanların adı çəkilən poliknikada reseptlər təsdiqləndikdən sonra Dəri-Zöhrəvi Xəstəxanasından alına biləcəyini söylədiyini qeyd edib.
Sosial şəbəkə istifadəçəsi daha sonra bu sözləri bölüşüb:
“İki gün növbəni qaçıran şəxslər vəsiqələrini tibb bacısına veriblərmiş ki, reseptlər yazılıb hazır olsun, bunlar da gəlib götürə bilsinlər. Həkim otağından çıxıb. Geri qayıdan zaman ötən gün vəsiqələrini verənlər gözləmələrinin, yoxsa getmələrinin lazım gəldiyini soruşublar. Həkim “bilmirəm” deyib. Bu xanım da evdən əsəbi gəlibmiş (bunu sakitdəşdikdən sonra özü dedi). Növbə zamanı bir az da həkimdən cavab ala bilməyəndə xəstələr əsəbləşdilər. Həkim “daha heç kimi qəbul etmirəm” deyəndə isə dava düşdü. Reseptin yazılma prosesi xəstələri bir-birinə vurdu. Səbəbi növbə nizamsızlığı, həkim və köməkçilərin düzgün işləyə bilməməsindədir. İkinci növbə həkimi isə bir gün əvvəldən 50 nəfərə adicə kağıza qırmızı qələmlə rəqəmlər yazıb və verib (növbə üçün). Camaat isə saat 11-dən gələrək burada saat ikiyə qədər növbədə durur. Amma həkimin yadına kimlərəsə rəqəmli kağızlar verməsi düşmür və qırğın başlayır”.