Şakro, Şişkan və Mirıç İrəvandan Moskvaya əliboş qayıtdılar.
Bu günlərdə Ermənistanın Kotaysk vilayətində keçirilən “sxodka” cavabdan çox, açıq suallarla nəticələndi. Erməni hakimiyyətinin loyallığına baxmayaraq Şakronun münaqişəli olan əməkdaşlarını barışdırmaq üçün atdığı bu addım uğursuzluqla nəticələndi.
Heç bir taleyüklü qərar qəbul edilmədi, çünki bəzi “qanuni oğru”ların “sxodka”da iştirak edə bilməsi, digərlərinin ora gəlməyini mənasız etdi, ona görə də müxtəlif səbəblərdən ora gəlmədilər.
Məşhur “türk” mergellərindən son illərdə “Ded” klanının siyasətini müəyyənləşdirən və opponentlərindən daha çox irada malik olan Giya Elerciya da “sxodka”ya gəlmişdi. Bu klanın rəhbəri, Merab Mzarelua və onun ayrılmaz şəriki Roland Şlyapa, onun ətrafından olan orta əl oğrular, yolun lap əvvəlində ilişib qaldılar. Eləcə də bu “sxodka”nı öz iştirakı ilə moskvalı tbilisililər Robinzon, Paata Malenki və Giya Dlinnı şərəfləndirə bilmədilər.
“Sxodka”ya gəlməyənlər arasında ən üzrlü səbəb Piçuqada olub, belə ki, onun kiçik qardaşı Oleq yanvar ayının 5-də intihar edib.
Hər şey yanvar ayının 6-da sona yetib. Voskresin, Styopa Murmanskinin və Çeburaşkanın ardınca Şakro, Şişkan və Mirıç İrəvandan Moskvaya əliboş qayıtdılar.
Daha öncə qəbul edilmiş qərarlar arasında 2008-ci ilə qədər ad almış oğruların “attestasiyasının” keçirilməsi barədə qərarı xatırlatmağa dəyər. Yüzə yaxın namizədin Moskvaya gələrək öz titulunu müdafiə etməyi gözlənilir. Onlar arasında adına layiqləri olmasına baxmayaraq, klanlar arası müharibə zamanı titul aldıqları üçün yenidən bu adı müdafiə etməlidirlər ki, münaqişə dərinləşməsin.
Dato Kuvalda və Quram Kvejo arasında davanı qeyd etməmək mümkün deyil. Məlumata əsasən, Dato Quraman eşitdiyi təhqirdən sonra “yumruğunu işə salıb”. Çəki kateqoriyasında böyük fərq olduğu üçün dalaşanları dərhal ayırıblar.
İrəvan “sxodka”sının yeganə müsbət cəhəti, dərbədər düşmüş oğru ailələrinin birləşdirilməsi cəhdinin davam edilməsi haqqında qərarın qəbul edilməsidir. Oğruların yaxın günlərdə yenidən yığışması mümkündür. //oxu.az