Ramil Usubov polis rəisini işdən çıxardı

9-01-2015, 11:21   

Bakıda daha bir polis rəisi işdən çıxarılıb.

APA-nın verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, Bakının Sabunçu rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavanşir Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq idarə rəisinin müavini icra edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.