İŞİD-dən ət və qadın qadağası

9-01-2015, 11:58   
İŞİD-dən ət və qadın qadağası

İŞİD terror qruplaşması İraqın Mosul şəhərində kənardan gətirilən ətin satışını qadağan edib.

Axar.az xəbər verir ki, bu barədə Mosulun polis rəisi Eyad Tasi məlumat verib.

“İŞİD terrorçuları Mosulda idxal ətin satılmasına icazə vermirlər. Ancaq şəhərdə kəsilən ətlərin satışı mümkündür. Bu da ətin qiymətinin qalxmasına gətirib çıxarıb” – Eyad Tasi bildirib.

Tasi eyni zamanda İŞİD-in qadınların Mosul küçələrində örtüksüz gəzmələrinə də qadağalar qoyduğunu deyib. Onun sözlərinə görə, örtüksüz bayıra çıxanlar günahkar hesab olunacaq.

Qeyd edək ki, İraqın ikinci şəhəri olan Mosul 2014-cü ilin iyunun 10-dan etibarən İŞİD-in işğalı altındadır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.