Fransanın AFR xəbər agentliyi Parisin Şimal-şərqində girov krizi yaşandığı haqqında məlumat dərc edib.
Musavat.com-un məlumatına görə, hadisənin Fransadakı basqınlarla əlaqəli olub-olmaması hələlik məlum deyil.
Bildirilir ki, Danmartin-en-golede şəhərində avtomobil dayanacağında "Pejo" markalı avtomobili oğurlayıb iki nəfəri isə girov götürüblər. Hadisə yerində polislə şübhəlilər qaçdı-tutdu "oynayır". Şübhəlilərin tutulması an məsələsidir. Bütün telekanallar isə canlı yayıma keçib. Bölgədə bir az əvvəl silah səsləri də eşidilib.
Təfərrüat olacaq...