"Air France" aviaşirkətinin iki təyyarəsinə Parisin Şarl de Qol Beynəlxalq Hava Limanında enməyə icazə verilməyib.
Report xəbər verir ki, buna səbəb aeroportun yaxınlığında atışmanın baş verməsidir.
Qeyd edək ki, Nyu York və Budapeştdən Parisə uçan təyyarələrin enişi də qadağan olunub.