Bakıda faciə: toy gözləyirdilər, yas oldu (FOTO)

9-01-2015, 17:40   

Paytaxtda ana və onun iki övladı dəm qazından zəhərlənib
Bakıda ana və onun iki övladı dəm qazından zəhərlənib.

ANS PRESS-in məlumatına görə, bu barədə “report”a hüquq-mühafizə orqanlarından bildirilib. Hadisə Xəzər rayonunun Südçülük sovxozunda baş verib.

Zəhərlənənlər 1972-ci il təvəllüdlü Gülmirə Məmmədova, onun övladları - 21 yaşlı Dərya Məmmədova və 20 yaşlı Toğrul Məmmədovdur. Onların hər üçü ölüb.

Məlumata görə, iki gün sonra D.Məmmədovanın nişan mərasimi olacaqmış.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.