Fransa polisi Parisdə baş verən iki terror aktının bir-biri ilə əlaqəli olduğunu açıqlayıb.
Musavat.com-un məlumatına görə, “Şarli Hebdo” jurnalının redaksiyasına edilən hücumla dünən küçədə polisin vurulmasının əlaqəli olduğu üzə çıxıb. Polis mənbələri bildirib ki, iki hadisəni törədənlər tanışdır. Onların eyni qruplaşmanın üzvü olduğu güman edilir.
Qeyd edək ki, dünən də əynində zirehli jilet olan bir nəfər silahla atəş açaraq qadın polisi öldürüb.