Bank sığorta şərtlərini ləğv etdi – 11000 manata qədər

5-05-2014, 11:24   

Bank (VTB) Azərbaycan 11 000 manatadək olan nağd kreditlərin verilməsində müştərilərin sığortalanmasını ləğv edib və kredit şərtlərini yaxşılaşdırıb. Belə ki, Bank VTB (Azərbaycan) ASC-dən nağd kredit almaq üçün borcalanın həyat və əmək qabiliyyətinin sığortalanmasına ehtiyac yoxdur.

Adətən, banklar kredit verərkən aktivlər üzrə risklərin azaldılması məqsədilə kredit şərtlərinə uyğun olaraq borcalanın sığortalanması həyata keçirilirlər. Kreditlər üzrə sığortanın aradan qaldırılması borcalanın xərclərini xeyli azaldır.

Xatırladaq ki, Bank VTB (Azərbaycan) tərəfdaş şirkətlərin əməkdaşlarına - fiziki şəxslərə sərfəli şərtlərlə və girovsuz 11 000 manatadək nağd kredit təklif edir.

Müştəri-şirkətin istənilən əməkdaşı iş yerindən arayışa və şəxsiyyəti təsdiq edən sənədlərə əsasən illik faiz dərəcəsi - 20 %-dən başlayaraq nağd kreditlər əldə edə bilər. Kreditin minimal məbləği 300 manat, kreditin müddəti isə 6 aydan 36 ayadəkdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.