Parisin cənubunda yerləşən supermarketdə silahlı atışma baş verib.
Axar.az xəbər verir ki, atışma zamanı 1 nəfər yaralanıb.
Fransa mətbuatı atəş açan şəxsin qadın polisi və yol xidməti əməkdaşını güllələyən şəxslə eyni adam olduğunu yazıb.
Silahlı şəxsin supermarketdə 6 nəfəri girov götürdüyü bildirilib.
17:41
"Frans-Press" Agentiliyinin verdiyi məlumata görə, terrorçunun supermarketdə girov götürdüyü şəxslərdən iki nəfəri öldürülüb.
Polis girovların xilas edilməsi üçün əməliyyata başlayıb.
19:14
Paris polisi metronun şəhərin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yerləşən “Trokadero” stansiyasını bağlayıb, şəhərdə atışma gedir[media=https://www.youtube.com/watch?v=VYlQJbsVs48]
Virtualaz.org saytı “Le Mond” qəzetinə istinadən xəbər verir ki, metrodakı sərnişinlərin evakuasiyasına başlanılıb.
Evakuasiyanın səbəbləri hələ dəqiqləşdirilməyib. Yerli KİV belə ehtimal edir ki, burada söhbət yeni terror aktından gedə bilər.
Fransa Daxili İşlər Nazirliyi 20-ci sahədəki mağazada insanları girov götürməkdə şübhəli bilinən şəxsləri axtarışa verib. “Qardian" (The Guardian) qəzeti xəbər verir ki, bunlar Həyat Bumeddyen adlı,1988-ci il təvəllüdlü qız və 1982-ci il təvəllüdlü qara dərili gənc Amedi Kulibalidir.
19:54
Fransa polisi tərəfindən mühasirəyə alınan marketdə 6 girovun olduğu açıqlanıb.
Axar.az xəbər verir ki, Fransa mətbuatı marketə hücum edən şəxsin qadın polisi öldürən 32 yaşlı Amedi Koulibali olduğunu yazıb. Terrorçular hələ də zərərsizləşdirilməyib. Fransa polisi isə market ətrafında mühasirəni gücləndirib, təhlükəsizlik tədbirlərini artrırıb.
İddialara görə, 32 yaşlı Amedi Koulibali polisə "Kim olduğumu bilirsiniz. Dammartindəki mühasirə aradan qalxana qədər əsirləri buraxmayacağam", - deyə bildirib.