Ana, oğlu və qızı dəm qazından boğulub
Bu gün Xəzər rayonu Südçülük sovxozu adlanan yaşayış massivində dəm qazından zəhərlənərək ölən ailə ilə bağlı şok təfərrüatlar məlum olub. Qonşuların Lent.az-a verdiyi məlumata görə, Binə qəsəbəsində yaşayan ailə Gülmirə Məmmədovanın evinə qonaq gedib. Məqsəd isə G.Məmmədovanın qızı 21 yaşlı qızı Dəryaya elçi getmək olub. Qapını döyən qonaqlar səs-səmirin gəlmədiyini görüblər. Ev sahibinin qapını açmaması elçiliyə gələnlərdə narahatlıq yaradıb. Çünki ailələr arasında elçilik barəsində daha öncə razılaşma olub. Bir müddət sonra qapını açıb içəri daxil olanda isə onlar ailə üzvlərinin huşsuz halda uzandıqlarını görüblər.
Evə çağırılan təcili tibbi yardım briqadası ana və iki övladının artıq keçindiyini bildirib.
*****
17:07
Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Südçülük sovxozunda qeydə alınıb.
Orada yaşayanlar - 1972-ci il təvəllüdlü Gülurə Əli qızı Məmmədova, onun övladları, 21 yaşlı Dərya Oqtay qızı Məmmədbəyli və 20 yaşlı oğlu Rövsət Oqtay oğlu Məmmədbəyli dəm qazından boğularaq ölüblər.
Fakta bağlı araşdırma aparılır.