İstanbulda bu il yanvarın 6-da baş vermiş terror aktında Rusiya vətəndaşının iştirakı haqqında məlumatlar təsdiqini tapmayıb.
ANS PRESS-in məlumatına görə, Türkiyənin ən böyük şəhərində fəaliyyət göstərən Rusiyanın Baş Konsulluğu bu faktı təsdiqləməyib.
Konsulluğun nümayəndəsi bildirib ki, hazırda bizdə bu barədə informasiya yoxdur.
Türkiyə KİV-ləri hadisədən sonra yazmışdı ki, şəhərin mərkəzində polis bölməsinə hücum zamanı özünü partladan şəxs Rusiya vətəndaşı olub və onu Diana Ramazova çağırıblar. Türkiyə hakimiyyəti də bu məlumatın doğruluğu barədə heç bir açıqlama verməyib.