“Rusiya böhrandan çıxsa, ilk hədəfi Bakı olacaq” – Alman nəşrindən ŞOK İDDİA

9-01-2015, 20:52   
“Rusiya böhrandan çıxsa, ilk hədəfi Bakı olacaq” – Alman nəşrindən ŞOK İDDİA

“Yeni ilin ilk günündə Avrasiya İttifaqı fəaliyyətinə başladı. Ortaya çıxan suallar belədir. Bu, Vladimir Putinin Avropa Birliyinə alternatividirmi? Yaxud bu, Kremlin əjdahasıdır? Suallar çoxdur, lakin bu dəqiqdir ki, Avrasiya İttifaqı post-sovet məkanını yenidən bir çətir altına toplamaq planıdır”.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” nəşri yazıb:

“Sovet İttifaqının dağılmasından sonra bu məkanda müstəqil ölkələr yarandı. Lakin Moskva öz təsir imkanlarının bu əraziyə yaymaqda israrlı olub. Avrasiya İttifaqı bir növ Moskvanın apardığı təsir siyasətinin nəticəsidir.

Hazırda bu ittifaqa Rusiya, Belarus, Qazaxıstan, həmçinin, Ermənistan daxildir. Qırğızıstanın ittifaqa girişi mayda gözlənilir. Eyni zamanda, Tacikistan namizəddir. Lakin bu, Kremli qane etmir. Onlar ən azından keçmiş sovet ölkələrindən onunu bu ittifaqa daxil etməyi ilkin hədəf olaraq seçib”.



Nəşr Moskvanın hədəflərindən biri kimi Azərbaycanı göstərir: “Bu ölkə Cənubi Qafqazın ən güclü respublikasıdır. Müstəqilliyi digər post-sovet ölkələri kimi yenidir. Lakin neftdən əldə olunan gəlirlər rəsmi Bakıya müstəqilliyini möhkəmləndirmək şansı verib. Bu gün Azərbaycan həm Avropa Birliyi, həm də Rusiya ilə münasibətlərini məsafəli şəkildə normal olaraq saxlamağa çalışır. Misal üçün, Ukrayna hadisələrində səbəb olan Assosiativ Sazişi imzalamadı, buna paralel olaraq Ukraynanın ərazi bütövlüyünə dəstək verdi.

Moskva Azərbaycanı öz ittifaqına daxil etməyi bacarsa, bu həm də Cənubi Qafqazda hökmranlıq deməkdir. Zaman-zaman Kreml öz təzyiq rıçaqlarını Bakıya doğru yönəldir. Lakin Bakı siyasətçiləri ağıllı davranır və iki məngənə arasından sağ qurtulmağı bacarır.

Lakin Rusiya Ukraynadan sonra düşdüyü böhrandan sağ çıxarsa, növbəti əsas hədəfi Cənubi Qafqaz olacaq. O zaman, rəsmi Bakının durumu çətinləşəcək. Qərb bunu unutmamalı və Rusiyadan fərqli enerji mənbəsi olan bu ölkəni qorumalıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.