"Sovet Rusiyasında kommunizm yox idi, ancaq leninizm var idi".
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna pravoslav kilsəsinin nümayəndəsi Yakov Krotov deyib.
Krotov hesab edir ki, Putin rejimi leninizm ideologiyasını üstün tutur. Belə ki, Donetskdə Putin döyüşçülərindən şikəst olanlara diqqət yetirilmir, onlar artıq yoxmuş kimi nəzərə alınır.
Leninizm ideologiyasının adamyeyən bir cəmiyyət formalaşdırdığını, Stalinin yalnız Leninin kiçik surəti olduğunu vurğulayan Krotov SSRİ-nin dağılmasından sonra da leninizm ideologiyasının Kremlə lazım olduğunu bildirib.