“Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov müsəlmanları aşağılamağa və millətlər arasında ədavət yaymağa çalışır".
Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov özünün instagram səhifəsində yazıb.
“Paris hadisələrindən sonra bizim ölkənin liberalları israrla öz qərbli havadarlarına yarınmağa səy edirlər. Belə ki, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov sorğu keçirərək soruşur ki, Peyğəmbərin (səs) karikaturasını çəkmək lazımdırmı? Sualın özünün qoyuluşu təxribatçı xarakter daşıyır. Bu, Rusiyanın və bütün dünyanın müsəlmanlarını aşağılamaq, xalqlar arasında düşmənçilik səpmək, qarışıqlıq və xaos yaratmaq cəhdidir. Əgər kimsə, vəziyyətdən yararlanıb “Exo” tərəfə balaca bir daş atsa, o dəqiqə müsəlmanların adına yazacaqlar” – deyə Kadırov yazıb.
Onun sözlərinə görə, Rusiya müsəlmanları çoxdan görürlər ki, Veneduktov radionu müsəlmanlar əleyhinə rupora çevirib. “Hakimiyyət xalqlar və insanlar arasında nifrət toxumları səpən radionu qayda-qanuna çağırmalıdır. Əks halda, Venediktovu məsuliyyətə çağıranlar tapılacaq” - əlavə edib o.
Venediktov isə məhkəməyə müraciət edəcəyini bildirib.
Musavat.com