Daha 4 girov öldürüldü (FOTO)

9-01-2015, 22:05   

Fransa polisi Parisin şərqində və paytaxtdan 40 kilometr şimalda yerləşən Dammarten-an-Qoel şəhərində girovların azad edilməsi üçün həyata keçirdiyi əməliyyatda 4 girov ölüb.

ANS PRESS-uin məlumatına görə, Kuaşi qardaşlarının buraxılması tələbi ilə bir neçə nəfəri girov götürən Ahmedi Kulibali də məhv edilib.

Polis nümayəndəsinin sözlərinə görə, mağazaya yanvarın 8-də Monruj şəhərində 26 yaşlı qadın polisi qətlə yetirən şəxs basqın edib. Telekanallar bu cinayətdə şübhəli bilinən 32 yaşlı qaradərili Amedi Kulibali adlı kişinin və bu işdə ona kömək edən rəfiqəsi 27 yaşlı ərəb əsilli Həyat Bumedyen adlı qadının şəkillərini yayımlayıblar.

Vincennes darvazası ətrafındakı məhəllənin bütünlüklə mühasirəyə alındığı və Fransanın daxili işlər naziri Bernar Kaznevin hadisə yerinə gəldiyi bildirilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.