İŞİD irqi müharibə aparmadığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə danışan İŞİD sözçüsü Məhəmməd Əl-Adnan kürdlərlə irqi müharibə aparmadıqlarını bildirib.
İraq və Suriyada bir çox şəhəri nəzarəti altında saxlayan İŞİD Kobani, Ərbil və Kərkükdə kürd qruplarla apardığı müharibə ilə bağlı bəyanat verib.
Təşkilatın açıqlamasında "Biz kürdlərlə kürd olduqları üçün döyüşmürük. Onların sıralarında müsəlmanlara qarşı döyüşlərdə iştirak edən səlibçilər və hudilərlə müttəfiq olan kafirlər döyüşürük", - deyə bildirilib.