Rəqsanə dedi ki bulvar tərəfdə dilən

9-01-2015, 22:53   


Müğənni Rəqsanə İsmayılovanın "Öz aramızda" verilişinə kömək üçün müraciət edən eşitmə qüsuru olan ana və balaca qızını himayəsinə götürməsi ilə bağlı xəbər vermişdik.

Vəsilə adlı xanım sözügedən verilişə yenidən gəlib və sənətçinin ona verdiyi pulu geri qaytararaq bunları deyib:

"Verilişdən qayıdandan sonra evdə dedilər ki, Rəqsanə xanım pul göndərib. Bir müddət sonra isə zəng edib söyləyir ki, əl çək məndən, pul yoxdur. Deyir "Öz aramızda" verilişində dilənməkdənsə, bulvar tərəfə get. Efirə dilənçiliyə çıxma. Rəqsanə xanım gəlib 500 dollarını geri götürsün. Evimə göndərdiyi ərzaqları da qaytaracam. Heç birinə əl vurmamışam. O mənə ayda yüz manat da versəydi, min şükür. Amma o sözlərindən sonra... Mənə köməkliyi minnətlə edir, üstümə qışqırır. Rəqsanənin anası dedi ki, artıq köməkliyi o edəcək. Ancaq sonra telefonu götürüb uşağımı təhqir edir".

Canlı yayıma gələn R.İsmayılova məsələyə aydınlıq gətirib:

"Bilmirəm yaxşılıq etmək lazımdır, ya yox. O pulu asanlıqla qazanmıram. Vəsiləyə köməklik etmək istədim. Bekar adam deyiləm hər dəqiqə o xanımla görüşəm. Hər gün Lənkəran-Bakı gəzir. Gəlib burada kirayə ev tutursansa, mənə nə? Zəng edib qışqırır ki, gəlib bu xarabada tək qalmışam, niyə baş çəkmirsən? Anamın 67 yaşı var, kiminsə ayağına getməli deyil. Amma bazarlıq edib, ATV-yə gəlib, bunlara verib. Buna verdiyim pullarla anasının borclarını ödəyir. O pulu övladına görə vermişdim. Bu gündən sonra sənə kömək edib bu qədər əsəb keçirməyəcəm. Yaxşılığı başa düşməyənə köməklik etmək lazım deyil. Pulunu verdim, bazarlığını etdim. Nə etməliyəm sənə bundan artıq?".

Sonda sənətçi "Bundan sonra onun xəbəri olmadan başqa insanların əli ilə o qadına kömək edəcəm. O, bilməsin" deyə, əlavə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.