Azərbaycanda şiəliyin sonu gəldi

9-01-2015, 23:29   

Mən gözümü açandan seyid qızı olan rəhmətlik anamı namaz qılan Həzrəti Əlini tez-tez yad edən imamlara rəhmət oxuyan və Kərbəla müsibətlərində şəhid olan Həzrəti Hüseynə və nakam övladlarına ağlayan görmüşəm.

Özüm isə həyatımda Həzrəti Hüseynin mübarizə məktəbini deviz seçmişdim. Bəli, məhz seçmişdim.

Daha şiə olmayacağam. Şiəliyi müdafiə etməyəcək və təbliğ etməyəcəyəm. İndi daxili axtarışlardayam: hansı təriqəti seçim…

Dönüb geri baxanda məni vahimə basır. O dünayada nə cavab verəcəyəm? Niyə həyatımı səhv yaşamışam? Bəs indiki qərarımdan sonra o dünyada Həzrəti Əlinin cavan şəhidlər şəhidi körpəykən qanına qəltan edilən Əkbərin üzünə necə baxacağam? Həzrəti Hüseynə ondan imtina etməyimi izah edə biləcəyəmmi?

Uşaq ikən adam dini mövqeyini valideynlərinə, qanandan, özünü tanıyandan, dərk edəndən sonra isə diri olan, fəaliyyətdə olan bir din xadiminə uyğunlaşdırır.

Mən də Allahşükür Paşazadəni seçmişdim.

Bu seçkilərdə bütün dünyamı alt-üst etdi Allahşükür Paşazadə. Kompası xarab olmuş gəmi günündəyəm.

Budurmu şiəlik. Həzrəti İmam Mehdi Allahşükürün təmsil etdiyi təriqətinmi imamıdır. O Həzrət zühur edəndə ona biz, şəxsən mən nə cavab verəcəyəm.

Allahşükür biz şiələri, hicablı qızları məktəblərə buraxmayan, hicabı müdafiə edən gəncləri həbs etdirən bir rejimi müdafiə etməyə çağırır.

Allahşükür Tale Bağırzadə kimi bir din xadimini narkotiklə şərləyib həbsə atan quldur rejimi dəstəkləyir.

Allahşükür – 2-3 ölümlü işdə təqsirkarı həbs etməyən, ancaq siyasi fəaliyyətinə görə, haqqında zərərçəkmişin şikayət etmədiyi N.Yaqublunu – qız uşağını həbs etdirən rejimi müdafiə edir. Bacım Zeynəb bağışla məni!

Allahşükür – Qurani-Kərimin ayələrinə əməl etməyənləri, dini, islamı ələ salanları, Allaha şərik qoşanları, Allaha qarşı, islama qarşı döyüşənləri islamın düşmənləri ilə dostluq edənləri müdafiə edir.

Allahşükür – gözləri yolda qalmış körpələrin, həbslərdə günahsız çürüdülən müsəlmanların hayına cavab vermək əvəzinə, zalımı, zülmü, nahaqqı müdafiə edir.

Bağışla məni, ya İmam Sahibi-əz-Zaman! Ya Həzrəti Mehdi bağışla məni.

Şiəlik Allahşükürün təmsil etdiyi təriqətdirsə, mən bu təriqətdə yoxam, ya İmam!

Bu prezident seçkiləri şiəliyə son qoydu Azərbaycanda, ya Əli!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.