Rusiya Federal Miqrasiya Xidmətinin başçısı Konstantin Romodanovski, ilin ilk doqquz günündə immiqrant sayının keçən ilin eyni dövrü ilə müqayisədə 70 faiz azaldığını bildirib. Konstantin Romodanovski, jurnalistlərə verdiyi açıqlamada, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən Rusiyaya gələn immiqrantların sayında azalma olduğunu, bir çox immiqrantın iqtisadi vəziyyətlə bağlı ölkəni tərk etdiyini və geri qayıtmadığını bildirib.
azadliq.info