Çeçen əsilli terrorçuya Çeçenistandan cavab gəldi

10-01-2015, 00:15   

Türkiyənin İstanbul şəhərinin Sultan Əhməd məscidi yaxınlığında terror aksiyası təşkil edən Diana Ramazovanın Çeçenistan əsilli olmadığı bildirilib.

Axar.az xəbər verir ki, Çeçenistan Daxili İşlər Nazirliyi rəsmi şəkildə Diana Ramazova adlı insana xarici pasportun verilmədiyini bəyan edib.

"Xəbərlərdə qadının turist kimi ötən il Türkiyəyə getdiyi deyilir. Buna görə xarici pasport lazımdır. Halbuki İstanbulda terror aktı törədən Rusiya vətəndaşı Ramazovanın soyadı Çeçenistan Respublikasında xarici pasport alanlar siyahısında yoxdur. Ramazovanın Çeçenistanla heç bir əlaqəsi yoxdur. Çünki çeçenlərdə belə bir soyad mövcud deyil. Ramazova çeçen deyil və burada da yaşamayıb. Mətbuat tələskənlik edib”.

Rusiyanın İstanbul Baş konsulluğu isə əllərində kifayət qədər məlumat olmadığı üçün şərh verə bilməyəcəklərini açıqlayıb.

Xatırladaq ki, Rusiya vətəndaşı olduğu iddia edilən Ramazovanın çeçen əsilli olduğu bildirilir. Türkiyəyə 7 ay əvvəl gələn Ramazovanın İŞİD, yaxud Əl Qaidə ilə bağlılığı da ehtimal edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.