İslam belə təhqir edilməmişdi

10-01-2015, 00:27   
İslam belə təhqir edilməmişdi
"Peyğəmbərimizi tarix boyunca kimsə bu qədər aşağılamamışdı"

Din "Hizbullah" lideri Həsən Nəsrullah Parisdə "Charlie Hebdo" satirik nəşrinə edilən terror hücumunu pisləyib.

ANS PRESS-in məlumatına görə, Hizbullah lideri 12 nəfərin öldüyü terror aktını belə qiymətləndirib:

"Hücumu reallaşdıranlar, Allahın Peyğəmbərinə, kitab yazıb, alçaldıcı filmlər çəkənlərdən daha ağır təhqir etdilər".

İslam Peyğəmbərinin mövlüdü günü münasibəti ilə çıxış edən Həsən Nəsrullah İraq və Suriyada baş verənlərə münasibətini açıqlayıb:

"Tarixi gözdən keçirin, Allahın Peyğəmbəri Həzrəti Məhəmmədi tarix boyunca kimsə bu qədər aşağılamamışdı. Hücumu reallaşdıranlar, Allahın peyğəmbərinə, kitab yazıb alçaldıcı filmlər çəkənlərdən daha ağır təhqir etdilər. Bu dövrdə, bəzi terrorist qruplar, İslam bayrağı və Peyğəmbərin adı altında öz iyrənc, dəhşət verici və insanlıq xarici əməllərini reallaşdırırlar. İslam dini və Peyğəmbərinə, Peyğəmbər düşmənlərindən daha ağır təhqir edirlər.

Bu təcavüzkarların, Allahın Rəsulu Həzrəti Məhəmmədi təmsil etdiyini söyləyə bilərikmi? Zalim və vəhşicə cinayətlər işləyən, İraqdan Yəmənə, Əfqanıstana geniş coğrafiyalara yayılan bu terrorçular, indi də özlərini bizə göndərən qərb ölkələrinə qayıtdılar. Bunun belə olması çaşdırıcı deyil. Müsəlmanlar olaraq hamımız, Peyğəmbərin həyatını, əxlaqi dəyərlərini bütün dünyaya izah etməklə mükəlləfik. Bir digər mükəlləfiyyətimiz isə bu təkfirçilərə qarşı İslam aləmi ilə həmrəylik içində olub, onları təcrid etmək, əhatə və aradan qaldırılması üçün səy göstərməkdir. Bu terrorist qruplar, ölkələrimizdə, qanımıza, bu günümüzə, gələcəyimizə, qürur və inancımıza təhdid meydana gətirirdi. İndi də İslamın özünə, Quran və Peyğəmbərə təhdid meydana gətirir. İslama və Hz. Məhəmmədin mesajına ən böyük təhdidi bunlar meydana gətirir".
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.